Saturday, August 13, 2011

Borc limiti, AA reytinqi və maliyyə bazarları (Avqust 5-12, 2011)

Avqustun 2-də ABŞ Konqresi son günə qədər davam edən müzakirələrdən sonra növbəti dəfə dövlətin borclanma limitini artırdı.  Bir neçə gün sonra isə çoxlarının istisna etdiyi hadisə baş verdi. Avqustun 5-də ABŞ tarixində ilk dəfə ölkə reytinqi S&P şirkəti tərəfindən ən yüksək reytinq olan AAA-dən AA reytinqinə dəyişdirildi. Bu baxımdan tarixi bir həftə olan Avqust 8-12, 2011 həftəsində  maliyyə bazarları yüksək dəyişkənliyi ilə yadda qaldı. Bu yazıda son bir həftədə baş verənlərə öz şərhimi verəcəyəm.

Friday, August 12, 2011

ABŞ-ın büdcə kəsiri problemi dünya iqtisadiyyatı üçün nə vəd edir?

ABŞ-ın büdcə kəsiri problemi dünya iqtisadiyyatı üçün nə vəd edir?
Deyirlər, büdcə hökümətin xarakterini göstərir - onun nə qədər bədxərc və qənaətcil olduğunu, gələcək nəsillərə necə miras vermək istədiyini xəbər verir. Büdcəyə baxaraq hökümətin çeşidli gəlir mənbələrinə sahib olub olmadığını, ölkənin hansı istiqamətdə inkişafına vəsait xərclədiyini öyrənmək olar. Hazırda iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin büdcə xərcləri ilə gəlirlərinin uzlaşmadığı bir iqtisadi dövrdə yaşayırıq. Bu qəbildən olan ölkələrdən biri də dünyanın ən böyük iqtisadiyyatı Amerika Birləşmiş Ştatlarıdır (ABŞ). 1940-cı ildən sonrakı dövrdə cəmi 11 ildə ABŞ büdcəsi profisit göstərmişdir. 90-cı illərin sonundakı internet şirkətləri bumundan sonra ABŞ hər ili büdcə kəsiri ilə başa vurmuşdur. 2011-ci ildə ABŞ-ın büdcə kəsirinin ÜDM-yə nisbətinin 10 faizi keçəcəyi gözlənilir. Yazımızda ABŞ-ın büdcə kəsiri problemindən, bunu yaradan amillərdən və dünya iqtisadiyyatına təsirindən bəhs edəcəyik. 

Monday, April 18, 2011

Valyuta Bazarında Üçtərəfli Arbitraj

Valyuta bazarlarında arbitrajın bir növü üçtərəfli arbitrajdır. Bundan əvvəlki yazıda yer arbitrajından bəhs etmişdik. Üçtərəfli arbitraj üç fərqli valyuta kursundan yaranır. Əsas amil budur ki, bu kurslar arasındakı fərq arbitraj imkanı yaratsın. Bu yazıda alış-satış qiymətləri veriləndə üçtərəfli arbitraj imkanından bəhs edəcəyik.

Tuesday, April 5, 2011

Valyuta Bazarlarında Yer Arbitrajı

Beynəlxalq maliyyədə riskə məruz qalmadan məzənnələr arasındakı fərqdən istifadə edərək mənfəət əldə edilməsinə məzənnə arbitrajı (arbitrage) deyilir. Arbitraj üç cür olur: yer (locational) arbitrajı, üçtərəfli (triangular) arbitraj və bağlı faiz (covered interest) arbitrajı. Bu yazıda birincisindən bəhs edəcəyik.

Friday, March 25, 2011

Borclu satış (Short selling)

Borclu satış (Short selling)
Maliyyə bazarına daxil olan investor adətən qiymətlərin ya qalxacağını, ya da azalacağını gözləyir. Bir səhmin qiymətinin qalxacağını gözləyən investor onu indi alıb gələcəkdə satmaq istəyir. Qiymətin azalacağını gözləyən investor isə həmin səhmi indi satıb gələcəkdə almaq istəyir. Bu yazıda ikinci qrupdakı investorlardan bəhs edəcəyik.

Friday, March 18, 2011

Ehtiyat Treydinq (Buying on Margin)


Maliyyə bazarlarında investorların iflas etməsinin əsas səbəblərindən biri onların yüksək dərəcədə borclanmasıdır. Maliyyə alətlərinə investisiya edərkən investorlar müxtəlif şəkildə borclana bilərlər. Bunlardan biri brokerdən alınan borc vasitəsilə investisiya edilməsidir. Bunun üçün broker investora kifayet qədər güvənməli və onların müəyyən əməkdaşlıq əlaqələri olmalıdır. Bu prosesə nəzər salaq.

Monday, February 28, 2011

Does Uprising Index with Armenia affect Azerbaijan's ranking?

Recently, two major Uprising/Revolting index were developed and discussed. Azerbaijan was among top countries for both indices. But Armenia was not included in either of them. So I decided to calculate Armenia's and Georgia's Uprising Index. 

Saturday, February 19, 2011

Capital Investment in Azerbaijan


Azerbaijan leads CIS in capital investment growth


It's quite positive to see such growth in fixed capital investments. Just wanted to make quick comments:

1. Bank lending plays a very small role in capital formation - only 4.4% of total capital investments in 2009 (14% in 2002). It has probably risen during 2010, but still remains very low. Bank loans are mainly directed to consumption and trading.

2. Domestic capital investment still provides 3/4 of total investments. Although domestic investment has grown in 2010, in nominal terms it's still below 2008 levels.



Industrial output and state program for regional development

I am sure most of you are aware of the state program for socio-economic development of regions that was implemented in 2004-2008.

"Main directions of state support and policy regarding factors accelerating economic development of different regions in the years of 2004-2008 has been determined within the State Program on socio-economic development of regions of Azerbaijan Republic. The main objective of the program is implementation in a consistent and coordinated manner of measures directed at ensuring efficient use of internal resources of economic regions of Azerbaijan Republic, development of sectors bearing particular importance for the economic regions, further expansion of production activity of enterprises, stimulation of export-oriented production of goods, increase of employment levels through development of local entrepreneurship, further improvements in the living standards of population and dynamic development of the economy."

Here is an official release of the discussion of results of this program:

This program has also been referred many times as a successful program: http://az.apa.az/xeber_Azerbaycan_prezidenti:_%E2%80%9CRushvetxorluga,_korrupsiyaya__212839.html

Although this program hasn't specified any numerical goals, I just wanted to share some statistics on industrial and agricultural output of the four largest cities (after Baku), Ganja, Sumqait, Mingechevir and Sirvan.

Thursday, September 10, 2009

Dovlet QM Istiqraz Vereqinin Qiymeti ve Gelirliliyi Nece Hesablanir

Əgər maliyyə ilə maraqlanırsızsa, yəqin, gündəlik qəzetlərdə belə bir xəbərin şahidi olmusunuz: 90 günlük dövlət qısa müddətli istiqraz vərəqinin bu günkü alış qiyməti 4,91%, satış qiyməti 4,90% (5,03% gəlirlilik) olmuşdur. Görəsən, bu qiymətli kağız üçün alqı-satqı qiymətləri və gəlirlilik necə hesablanır? Yazıda bunu izah etməyə çalışacağıq. Oxuyucuların istiqraz vərəqəsi (bond) ilə bağlı baza biliyinə sahib olduqları nəzərə alınmışdır.