Borclu satış (Short selling)
Maliyyə bazarına daxil olan investor adətən qiymətlərin ya qalxacağını, ya da azalacağını gözləyir. Bir səhmin qiymətinin qalxacağını gözləyən investor onu indi alıb gələcəkdə satmaq istəyir. Qiymətin azalacağını gözləyən investor isə həmin səhmi indi satıb gələcəkdə almaq istəyir. Bu yazıda ikinci qrupdakı investorlardan bəhs edəcəyik.