Showing posts with label dollar. Show all posts
Showing posts with label dollar. Show all posts

Friday, August 12, 2011

ABŞ-ın büdcə kəsiri problemi dünya iqtisadiyyatı üçün nə vəd edir?

ABŞ-ın büdcə kəsiri problemi dünya iqtisadiyyatı üçün nə vəd edir?
Deyirlər, büdcə hökümətin xarakterini göstərir - onun nə qədər bədxərc və qənaətcil olduğunu, gələcək nəsillərə necə miras vermək istədiyini xəbər verir. Büdcəyə baxaraq hökümətin çeşidli gəlir mənbələrinə sahib olub olmadığını, ölkənin hansı istiqamətdə inkişafına vəsait xərclədiyini öyrənmək olar. Hazırda iqtisadi cəhətdən inkişaf etmiş ölkələrin büdcə xərcləri ilə gəlirlərinin uzlaşmadığı bir iqtisadi dövrdə yaşayırıq. Bu qəbildən olan ölkələrdən biri də dünyanın ən böyük iqtisadiyyatı Amerika Birləşmiş Ştatlarıdır (ABŞ). 1940-cı ildən sonrakı dövrdə cəmi 11 ildə ABŞ büdcəsi profisit göstərmişdir. 90-cı illərin sonundakı internet şirkətləri bumundan sonra ABŞ hər ili büdcə kəsiri ilə başa vurmuşdur. 2011-ci ildə ABŞ-ın büdcə kəsirinin ÜDM-yə nisbətinin 10 faizi keçəcəyi gözlənilir. Yazımızda ABŞ-ın büdcə kəsiri problemindən, bunu yaradan amillərdən və dünya iqtisadiyyatına təsirindən bəhs edəcəyik.