Avqustun 2-də ABŞ Konqresi son günə qədər davam edən müzakirələrdən sonra növbəti dəfə dövlətin borclanma limitini artırdı. Bir neçə gün sonra isə çoxlarının istisna etdiyi hadisə baş verdi. Avqustun 5-də ABŞ tarixində ilk dəfə ölkə reytinqi S&P şirkəti tərəfindən ən yüksək reytinq olan AAA-dən AA reytinqinə dəyişdirildi. Bu baxımdan tarixi bir həftə olan Avqust 8-12, 2011 həftəsində maliyyə bazarları yüksək dəyişkənliyi ilə yadda qaldı. Bu yazıda son bir həftədə baş verənlərə öz şərhimi verəcəyəm.