Monday, December 8, 2008

"Kecid mifologiyasi" - Fariz Huseynov, Alma

http://almaqezeti.com/?mod=view&id=3693

Paytaxtımızda haradasa piyadalar üçün bir keçid tikilsə, sanki toy-bayram olar, TV kanallarında göstərilər, filankəslər gəlib qırmızı lent kəsər. Adama elə gəlir ki, nə qədər sürüşkən pilləkənləri olsa da bu keçidlər xalqımızı ağ günə çıxardacaq. Arada sürüşüb yıxılan, basabasda əzilənlər olsa belə, bunu normal görməliyik. Belə baxanda, xalqımız həmişə keçid dövründə saxlanılıb. Bir vaxt ağ günə çıxacağını ümid edib. Halbuki 20-ci əsrdə bir keçiddən çıxıb, o birinə salınıb. Xalqımız bir vaxtlar qurduğu demokratik dövləti qoruya bilməmənin cəzasını hələ də çəkir. Amma bu cəza çox ağırdı. Axı xalqımızı həmişə keçidlərlə aldadıblar. İndi ölkəmiz dönüb olub keçidlər ölkəsi. 
   Bir lətifə var, yəqin eşitmisiz. Bir rayonda partiya yığıncaq keçirir. Yenə gurultulu çıxışlar, kommunizmə gedən keçid dövrü və s. Bir qocanın ürəyi dözmür, ayağa qalxır və sual verir: “Ay yoldaş filankəs, elə həmişə deyirlər keçid dövründəyik, kommunizmə keçəcəyik. Bəs bilmirsiz, nə vaxta qədər bizim paçamız belə ayrı qalacaq? Biz keçıb qurtara bilməyəcəyik?” Doğrudan da, mən həmişə eşidəndə ki “biz yeni qurulmuş dövlətik, bazar iqtisadiyyatına keçid dövründəyik, allı-güllü inkişafımız hələ qabaqdadı”, bu keçid məsələsi yadıma düşür. Nə qədər xalqı aldatmaq olar? Xalq nə vaxta qədər gözləməlidir ki, yaz gələcək, yonca bitəcək? Axı insanların həyatından, ömründən gedir. Hamımız həyatımızın gözəl anlarını bu keçid anlayışına qurban verməli oluruq. İnanırıq ki, nə vaxtsa keçib qurtaracağıq, bəlkə onda bir ağ günə çıxdıq. 



Ardini linkde oxuya bilersiz....

No comments: