Zimbabve haqqında xəbərləri oxumusuz yəqin. İqtisadi rəqəmlərlə sizi boğmayacam. Amma istərdim Zimbabve bizə dərs olsun. Bir zamanlar Zimbabve sürətlə inkişaf edən ölkə olub. Yəqin orada da çoxlu yollar, körpülər tikilib. Soruşana da deyiblər, mineral ehtiyatlarımız, mədənlərimiz və güclü kənd təsərrüfatımız bizi milyoner edəcək. Yəqin şəhərlərdə çoxlu bahalı dükanlar, al-əlvan cansız ağaclar, fışqıran fontanlar, onların musiqi səsləri ətrafı gözəlləşdirib. Nə vaxtsa bəlkə hündür bina alveri də çiçəklənib orda. Hərəyə bir ev tikək, hərəyə bir olimpiya kompleksi bağışlayaq prinsipi ilə çox gözəl işlər görülüb orda.
Orda da gənclər bahalı maşınlar sürüb, bahalı telefonları stol üstünə çıxarıb, üstü bəzək altı təzək prinsipi ilə dükanlarda nə satılırsa onu alıb, dincəlmək üçün Zimbabvedə olmasa da, CAR-ın gözəl sahillərinə, Anqolanın savannalarına, Madaqaskarın kurortlarına gedib. Axı ölkə uğrunda işləməkdən yorulurdular, biraz dincəlmək onların da haqqı olub. Onlar da inanıblar ki, ölkənin gələcəyi parlaqdır, inkişaf gedir, bu cür binalar tikilir, xalq bahalı dükanlardan alver edir, orta aylıq maaşın min qatı evlərdə yaşayır.
Ardini linkde oxuya bilersiz....
No comments:
Post a Comment