Monday, December 8, 2008

"Bize bohran lazimdir" - Fariz Huseynov, Alma

http://almaqezeti.com/?mod=view&id=3735

Elə tarixi anlar olur ki, cəmiyyətlərin yaddaşında silinməz izlər buraxır. Bu anlar hansısa bir uğur ya da uğursuzluq ola bilər. Amma mütləq bu andan sonra heç nə əvvəlki kimi olmur. Ölkəmiz üçün ADR-nin qurulması, Sovet işğalı, Milli azadlıq hərəkatı kimi hadisələri buna nümunə göstərmək olar. Türkiyənin İstiqlal Savaşı da buna nümunədir. Keçən əsrin 20-ci illərində yüksək inflyasiya keçirən Almaniya pul siyasətinə qarşı hələ də həssasdır. 1929-30-cu illər iqtisadi böhranı, 1970-ci illər neft böhranı dünyada iqtisadi konsepsiyaları dəyişdirdi. Rusiyanın Gürcüstana hücumu siyasi baxışları dəyişdirdi. İndiki maliyyə böhranı da çox şeyi dəyişdirəcək. İnsanlar yaşadıqca böhranlar bir-birini əvəz edəcək. Amma ən əsası bu cəmiyyətlərin böhranlardan dərs çıxarda bilməsidir. Bunu bacarmayan cəmiyyətlər inkişaf edə bilmirlər. 
   1980-ci illərdə maliyyə bazarlarında yaranan bəzi maliyyə alətləri (portfolio insurance məfhumu) spekulyasiyadan gəlir əldə etmək istəyən investorları bazarlara cəlb etmişdi. Amma bu alətlərin yaratdığı sistem 1987-ci ildə oktyabr ayında bir neçə gün ərzində (Black Monday) böyük sarsıntı keçirdi və bütün aktiv dünya birjaları öz dəyərlərinin 20-50%-ni itirdilər. Bu hadisə maliyyə alətlərinin necə həssas olduğunu göstərdi. Bəzi maliyyə alətləri bazardan çıxarıldı. Birjalar özünə gəlməyə başlayanda artıq heç nəyin əvvəlki kimi olmayacağı və investorların dərs aldığı hiss olunurdu. 1990-cı illərdə yeni maliyyə alətləri yaradıldı, bunların içində ipoteka bazarına bağlı qiymətli kağızlar, kredit risqini sığortalayan maliyyə alətləri (credit default swap) də var. Bu bazarların çox riskli olduğu dəfələrlə qeyd edilsə də lazımi tədbirlər görülmədi və 2007-2008-ci illərdə təsiri davam edən maliyyə böhranı baş verdi. Son böhrandan sonra çox şey dəyişəcək. Banklarla bağlı Basel şərtlərindən tutmuş risq menecmentinə qədər yeni qanunlar, mühasibat və maliyyə sistemi ilə bağlı yeni metodlar yaranacaq. Risqin ölçülməsi, optimum qorunma metodları ilə bağlı nəzəri və praktiki üsullar gözdən keçiriləcək. Bu həm elmi, həm də praktiki baxımdan gerçəkləşəcək. Bu böhran bir daha göstərdi ki, qurulmuş sistemlərə tez-tez nəzarət etmək nə qədər vacibdir. Köhnəlmiş qayda-qanunlarla sürətlə inkişaf edən bazarları idarə etmək çətindir. 


Ardini linkde oxuya bilersiz.....

No comments: