Saturday, October 25, 2008

"Neft ve dollar" - Ulviyye Samilqizi, Xalq Cebhesi


This link was provided by Ramil Rahiboglu (http://biznes.qaynar.info/)

Neftin qiyməti düşdükcə dollar bahalaşacaq 
Manatın bahalaşması da qeyri-neft sektorunun inkişafını əngəlləyir 

Ülviyyə Şamilqızı

Dünyanın bir sıra aparıcı valyutalarına nisbətən dollar bahalaşır. Dünyada baş verən maliyyə böhranı demək olar ki, dolların dirçəlməsinə səbəb olub. Bu vəziyyət nə qədər davam edə bilər? Dolların qalxması nə ilə nəticələnə bilər? Dolların məzənnəsinin yaxın vaxtlarda yenidən aşağı düşməsi gözlənilirmi? Bu kimi suallara münasibət bildirən iqtisadçı Vüqar Bayramov proqnozlaşdırır ki, dolların əsas valyutalara nisbətdə möhkəmlənməsi yaxın vaxtlarda da davam edəcək. Onun sözlərinə görə, dolların ucuzlaşması ilk növbədə dünya iqtisadiyyatının zəifləməsinin bir göstəricisidir. Hətta bütün bunların nəticəsində dünya ölkələrinin iqtisadiyyatında müəyyən geriləmələr qeydə alınıb: "Əlbətdə ki, bu da istənilən halda dolların kursuna təsirsiz ötüşməyib. Dolların məzənnəsinin sürətlə artmasının səbəbini bir neçə amillə əlaqələndirmək olar. Belə ki, buna əsas səbəb dünya iqtisadiyyatının düşdüyü acınacaqlı vəziyyətdir. Bankların xilas edilməsi istiqamətində həyata keçirilən təcili tədbirlər də bundan xəbər verir. Ümumiyyətlə dolların təhlükəsiz valyuta kimi statusu məsələsi ikinci səbəbdir".
Ekspertin fikrincə, seçkilərə qədər ABŞ hökuməti özü də dolların məzənnəsinin möhkəmlənməsində maraqlı olacaq: "Ümumiyyətlə, 2008-ci ilin sonuna kimi dünya birjalarında dolların kursunun möhkəmlənməsi gözlənilir. İlin sonuna qədər 1 dolların 0,85-0,90 qəpiyə qədər bahalaşması mümkündür. Neftin qiymətinin aşağı düşməsi və dolların başqa valyutalara nisbətən bahalaşmasını bir-biri ilə bağlı olan məsələnin iki tərəfi hesab etmək olar. ABŞ Federal Ehtiyatlar Sistemi uçot dərəcəsini aşağı salmaqla dolların başqa valyutalara, xüsusən avroya nisəbətən kursunun möhkəmlənməsinə nail oldu. Eyni zamanda Avropa Birliyi ölkələri avronun kursunun kəskin möhkəmlənməsində maraqlı deyillər. Yəni avronun kursu möhkəmləndiyi halda həmin ölkələrin iş adamlarının ixrac imkanları məhdudlaşır. Praktiki olaraq, möhkəmlənən avro ilə istehsal edilən məhsulun Amerika və digər beynəlxalq bazarlarda satış imkanları məhdud olur. Çünki onların dollarla ifadəsi daha böyük göstəricidən xəbər verir. Analoji fikirləri manatla əlaqədar da söyləmək olar. Belə ki, manatın kəskin bahalaşması neftdən kənar sahələrin inkişafını əngəlləməklə, yerli məhsulun ixrac imkanlarını zəiflədir, əksinə idxal imkanlarını genişləndirir. Ona görə də, dolların dəyərinin təkcə avro deyil, manat qarşısında da kəskin bahalaşması və ucuzlaşması arzuolunan deyil".
İqtisadçı vurğulayır ki, neftin qiyməti dünya bazarlarında ucuzlaşdıqca, dolların məzənnəsi əksinə bahalaşacaq: "Hadisələrin gedişatı dolların həm avro, həm də digər valyutalarla, o cümlədən Azərbaycan manatı ilə müqayisədə bundan sonra da bahalaşacağından xəbər verir. Təxminən 2010-cu ilədək dolların məzənnəsi möhkəmlənməkdə davam edə bilər. Xüsusilə də, bu dövr ərzində hətta bir avronun məzənnəsi 1,2 dollara da düşə bilər. Neftin qiymətilə bağlı beynəlxalq ekspertlərin proqnozlarına gəldikdə isə qeyd edim ki, "Brent" növlü neftin bir barelinin qiyməti ilin sonuna qədər 50-55 dollaradək düşə bilər".

1 comment:

Fariz Huseynli said...

neftin qiymeti iki faktordan tesirlenir. teleb-teklif ve dollara nisbet. yeni biz eger neftin oz qiymetine baxiriqsa burda teleb-teklife baxmaliyiq. dunya iqtisadiyyatinin yavaslamasi neticesinde nefte teleb azalir ve qiymet dusur.
bundan elave ise, hem de dollarin deyeri yukselir ve neftin dollarla ifade deyeri azalir.
ona gore dollarin artmasi neftin qiymetini dusurur neinki neftin ucuzlamasi dollari qaldirir.