Bu ilin ilk 9 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 5 dəfədən çox artaraq 44 milyard dolları keçib. Dövlət Statistika Komitəsindən verilən məlumata görə, ticarət dövriyyəsinin 39 milyard dolları ixracın, 5,2 milyard dolları idxalın payına düşür. Ötən illə müqayisədə Azərbaycan xarici ticarət dövriyyəsini 5,4 dəfə artırıb. Başqa sözlə, son bir ildə Azərbaycandan ixrac 9 dəfə, ölkəmizə idxal isə 34 faiz artıb.
Nəticədə xarici ticarətdə 33,8 milyard dollarlıq müsbət saldo yaranıb. Komitədən bildirilir ki, bu il ixracın kəskin artımı neft ixracının 16 dəfə artması hesabına baş verib. İxracın strukturuna nəzər salanda məlum olur ki, Azərbaycandan xaricə göndərilən məhsulların 98 faizini xam neft və neft məhsulları təşkil edir. Belə ki, neft məhsullarının ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 10,7 dəfə artıb. İxracda qeyri-neft sektorunun payı isə cəmi 2,8 faiz təşkil edib ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 40,1 faiz çoxdur. Qeyri-neft sektorunda ən çox ixrac olunan mallara gəlincə, bunlar metal məmulatları və ərzaq məhsullarıdır. Ötən illə müqayisədə idxal mallarında da artım qeydə alınıb.
Ekspertlərin fikrincə, əgər bu gün xarici ticarətin 98 faizi neft sektorunun payına düşürsə, bu xarici ticarətin, xüsusilə ixracın birbaşa neft sektorundan asılı olması deməkdir. Neft sektoru fəaliyyət göstərməsə və ya neftin dünya bazar qiymətlərində ciddi azalmalar baş versə o zaman Azərbaycanın ixracı kəskin azalacaq. Eyni zamanda xarici ticarət dövriyyəsində azalmalar baş verəcək.
Mütəxəssislərin sözlərinə görə, ixracın strukturu Azərbaycanda yaxın gələcəkdə kifayət qədər ciddi problemlərin yarana biləcəyini göstərir: “Bu problemlərin önündə ölkənin yalnız iqtisadiyyatının deyil, eyni zamanda xarici ticarət dövriyyəsinin də neftləşməsi dayanır. Məsələ ondadır ki, ixracın böyük əksəriyyətini neft və neft məhsulları təşkil edir”.
Yeri gəlmişkən, 2008-ci ildə 350 milyon barrel neft hasilatı planlaşdırılıbsa, 2009-cu ildə bu rəqəm 420 milyon, 2010-cu ildə 450 milyon barrel təşkil edəcək. Sonrakı illərdə isə hasilatda azalmalar gözlənilir. Ekspertlər deyir ki, xarici ticarət dövriyyəsi birbaşa neftdən asılı olduğundan müsbət saldonun yaranması da neft hasilatından asılı olacaq: “2013-cü ildən başlayaraq neft hasilatında kəskin azalmalar baş verəcək. Hətta 2016-cı ildə neft hasilatı illik olaraq 200 milyon barrelədək azalacaq. Bu onu göstərir ki, ölkənin xarici ticarəti, xüsusilə xarici ticarətdə müsbət saldonun əldə edilməsi çox yaxın zamanlarda problemlə üzləşə bilər. Problemin başqa tərəfi ondan ibarətdir ki, xarici ticarət saldosunu yalnız neft hasilatı müəyyənləşdirmir. Eyni zamanda neftin dünya bazar qiyməti də burada rol oynayır. Mümkündür ki, Azərbaycanda yaxın 3 ildə neft hasilatının artmasına baxmayaraq, neftin qiymətinin aşağı düşməsi davam etsin. Nəticədə ölkənin ixracı ciddi problemlərlə üzləşəcək”.
Digər tərəfdən bu gün ixrac dəyər ifadəsi hesablanır. Bu səbəbdən yalnız hasil olunan neftin deyil, həm də neftin hansı qiymətə dünya bazarına çıxarılması da olduqca əhəmiyyətlidir. Bir neçə ay əvvəl neftin 1 barrelinin qiyməti 140 dollara qədər yüksəlmişdisə, bu gün 60 dollar ətrafındadır. Son proseslər göstərir ki, neftin qiyməti yalnız siyasi məsələ deyil, eyni zamanda iqtisadi məsələdir. Bu baxımdan “qara qızıl”ın dünya bazar qiyməti ilə bağlı istər nibkin, istər bədbin proqnozlar vermək mümkün deyil. Ona görə xarici ticarətdə müsbət saldonun saxlanması Azərbaycan üçün ciddi problemə çevrilə bilər.
Mütəxəssislər ixracda neft və neft məhsullarının üstünlük təşkil etməsini “Holland sindromu”nun əlaməti sayırlar: “Hollandiyada 70-ci illərdə qaz tapıldıqdan sonra ixracın 90 faizə yaxını qaz nəqlinin payına düşürdü. Məhz Hollandiyada qaz hasilatının azalması son nəticədə bu ölkədə böhranın yaranmasına gətirib çıxardı. Çünki ixrac kəskin şəkildə aşağı düşdü, mənfi saldo gücləndi. Əslində ixracın kəskin şəkildə aşağı düşməsi, mənfi saldonunun güclənməsi təhlükəsi Azərbaycanda qiymətlərin tənzimlənməyən həddə qədər yüksəlməsinə, o cümlədən valyuta ehtiyatlarının xaricə axmasına gətirib çıxara bilər. O baxımdan bu gün ixracın strukturda neft məhsullarının 98 faiz təşkil etməsi olduqca qorxulu və risklidir. Bu həm də Azərbaycan iqtisadiyyatının yaxın gələcəkdə ciddi problemlərlə üz-üzə qalacağı deməkdir. İxrac ölkəyə pul gətirir, idxal isə ölkədən pul aparır. Müsbət saldonun olması o baxımdan əhəmiyyətlidir ki, ölkəyə daha çox pul gəlir. Təəssüf ki, bizdə müsbət saldo neft sektorunun hesabınadır. Buna müsbət saldo deyil, ”qara" saldo deyirlər. Hərfi mənada neftin rəginə uyğun olsa da, iqtisadi mənəda ona görə “qara” saldo adlandırılır ki, birbaşa birjalardan asılıdır".
Ekspertlər deyirlər ki, “qara” saldo Azərbaycan ixracında müsbət saldo ilə mənfi saldo arasındakı sərhədlərin itməsinə gətirib çıxarır: “Azərbaycanda qeyri-neft sektorunun inkişafı ilə bağlı hökumətin bəyanatlarına baxmayaraq, ixracın strukturu qeyri-neft sektorunun inkişaf etmədiyini göstərir. Qeyri-neft sektorunun ixracda payının 2,8 faiz olması Azərbaycanda qeyri-neft sektorunun kifayət qədər ciddi problemlə üz-üzə qalması deməkdir. Çox təəssüf ki, hökumət qeyri-neft sektoruna investisiya cəlb etməyin yolunu məhz forumların, beynəlxalq tədbirlərin keçirilməsində görür. Bu da son nəticədə iş adamlarının ölkəyə gəlməsinə, ancaq kapital gətirməməsinə səbəb olur”.
O da qeyd edilir ki, ixracın strukturu Azərbaycanda qeyri-neft-sektorunun inkişafı ilə bağlı həyata keçirilən siyasətin uğursuz olduğunu göstərir. Qeyri-neft sektorunun ümumi daxili məhsulda, büdcənin formalaşmasında, ixracda payı azalmaqdadır. Bu azalmanı 2007-ci illə müqayisədə hiss etmək mümkündür. Digər tərəfdən qeyri-neft sektorunun inkişafına ciddi problemlər olduğuna görə, büdcə gəlirlərinin formalaşmasında, ixracda neft sektoru hegemon mövqeyə malikdir.

No comments:
Post a Comment