Neftin dünya bazar qiymətinin aşağı düşməsi Azərbaycanın xarici maliyyə qurumlarından aldığı kreditlərin qaytarılmasında problemlər yarada bilər. Maliyyə Nazirliyinin hələ 3-4 ay əvvələ olan məlumatına görə, ölkənin xarici borcları 2 milyard 590 milyon dollara çatıb. İlin sonuna kimi isə kreditlər 3 milyard dollara, adambaşına düşən borc 400 dollara kimi yüksələcək.
Düzdür, dövlət qurumları hesab edir ki, xarici borcların həcmi çox deyil. Lakin xarici borclar ümumi daxili məhsulun (ÜDM) 7,2 faizini təşkil edir. Bu isə aqrar sektorun ÜDM-dəki payından çoxdur.
Digər tərəfdən, əbəs deyil ki, bir müddət əvvəl ən çox kredit alan ölkələrin adlarını açıqlayan Dünya Bankının (DB) siyahısında Azərbaycan 1-ci yerdə dayanırdı. 2007 və 2008-ci maliyyə illərində DB ölkədə dövlət idarəçiliyinin effektivliyinin artırılmasına 486 milyon dolar, avtomobil yollarının tikintisinə 479 milyon dollar, ticarətin inkişafına 424 milyon dollar, dəmir yollarının tikintisinə 405 milyon dollar, maliyyə sisteminin modernləşdirilməsi layihəsinə 10 milyon dollar, respublikanın bölgələrində su təchizatı və kanalizasiya sistemlərinin yaxşılaşdırılmasına 260 milyon dollar, təhsil sistemində islahatların davam etdirilməsinə 25 milyon dollar, Azərbaycanda şosse yolların təmirinə 300 milyon dollar, sosial müdafiə sisteminin inkişaf layihəsinin maliyyələşdirilməsinə 27 milyon dollar, “İkinci milli su təchizati və kanalizasiya xidmətləri” layihəsinə 260 milyon dollar həcmində kredit ayırıb. Maliyyə qurumu bu il ən iri borcu - 1,267 milyard dolları Azərbaycana verib. Nəzərə çatdıraq ki, bu vəsaitdən yalnız 130 milyonu güzəştli şərtlər əsasında ayrılıb.
Maraqlı məqam dövlətin maliyyə imkanlarının məhdud olduğu dövrlərdə belə xarici borcların hazırkı sürətlə yığılmamasıdır. Göründüyü kimi, neft hasilatından gələn gəlirlərin sayəsində ölkənin maliyyə imkanlarına arxalanan hökumət xarici borcların həcmini çoxaldıb. Əgər 2006-cı ildə borcları qaytarmaq üçün 136 milyon dollar xərclənibsə, 2007-ci ildə bu istiqamətə 170 milyon dollar vəsait sərf olunub. Bu il isə xarici kreditlərin həcmi daha da artırıldığından qaytarılan borcun məbləği də yüksək olacaq. Bu arada Azərbaycan güzəştli kredit alan dövlətlərin siyahısına daxil deyil. Digər tərəfdən, hazırda neftin dünya bazar qiyməti ucuzlaşmaqdadır, 2011-ci ildən sonra isə Azərbaycanda neft hasilatı aşağı düşəcək. Nəzərə alsaq ki, kreditlər çoxu uzunmüddətə ayrılıb, borcların ödənilməsi Azərbaycana hələ çox problemlər yaradacaq.
İqtisadçı ekspert Vüqar Bayramov deyir ki, xarici maliyyə qurumlarından alınan kreditlər yaxın gələcəyin ən ciddi problemidir: “Söhbət ondan gedir ki, Azərbaycanın xarici borcları ümumi daxili məhsulun 7,2 faizini təşkil edir. Yaxın zamanlarda neftin qiymətinin aşağı düşməsi həm ümumi daxili məhsulun həcminin, həm də dövlət büdcəsi gəlirlərinin azalmasına gətirib çıxaracaq. Son nəticədə dövlət büdcəsi xərcləri hesabına xarici borcları qaytarmaq problemi yaranacaq. 2008-ci ildə dövlət büdcəsindən təxminən 250 milyon manat məhz xarici borcların qaytarılması məqsədilə ayrılıb. Bu, əslində kifayət qədər ciddi rəqəmdir. Ən azı ona görə ki, ipoteka kreditləşməsinə ayrılan vəsaitdən təxminən 8 dəfə çoxdur”.
“Neftin qiymətinin ucuzlaşması xarici borcların qaytarılması baxımından Azərbaycan üçün kifayət qədər ciddi problemlər yarada bilər” deyən ekspert fikirlərini belə əsaslandırdı: “Əvvəla ona görə ki, bu gün İqtisadi İnkişaf Nazirliyinin hazırladığı uzunmüddətli inkişaf strategiyasında nəzərdə tutulanların reallaşmayacağı artıq bəllidir. Strategiyada üç variant - pessimist, orta və optimist variantlar götürülmüşdü. Neftin dünya bazar qiymətinin aşağı düşməsi hər üç variantın real olmayacağından xəbər verir. Bu həm də onu göstərir ki, Azərbaycanın iqtisadi inkişafı ilə bağlı strategiya yoxdur”.
V.Bayramov İqtisadi İnkişaf Nazirliyinin sözügedən strategiyanın hazırlanmasına bir il vaxt sərf etdiyini xatırlatdı: “Sonda bəlli oldu ki, hazırlanan strategiya dünya bazarında baş verən dəyişikliklərə adekvat olaraq nəzərə alınmayıb. Faktiki strategiyanın tətbiqi mümkün deyil. İqtisadi strategiyanın olmadığı bir şəraitdə isə neftin qiymətinin aşağı düşməsi ona gətirib çıxarır ki, təkcə Azərbaycanın neft gəlirlərinin, sosial layihələrin, dövlət büdcəsindən gizli layihələrin sayının azalmasının deyil, dövlətin xarici borcları qaytarmaqda problemlə üzləşməsinin də şahidi ola bilərik”.
Ekspertin sözlərinə görə, dünya bazarında neftin qiymətinin bahalaşması nəticəsində dövlət büdcəsi gəlirlərinin artması hökumətə beynəlxalq maliyyə qurumlarından böyük həcmdə borclanmaya getməyə stimul yaratmışdı: “Nəqliyyat və digər sektorlarda iri məbləğli layihələrin həyata keçirilməsini hədəfləyən hökumət bu gün hətta hər hansı kəndin qazlaşdırılması ilə bağlı layihələri də maliyyə resurslarının azlığı ucbatından təxirə salmağa məcburdur”.
V.Bayramovun fikrincə, Azərbaycan Dövlət Neft Şirkətinin ekoloji layihələri təxirə salması ilə bağlı verdiyi açıqlama hökumətin bütövlükdə dövlətin maliyyə resurslarının azalması problemi ilə üz-üzə olmasına dəlalət edir: “Bu gün əgər sosial, nəqliyyat və qaz sektorunda layihələrin təxirə salınması, yaxud icrasının dayandırılması müşahidə edilirsə, deməli, qarşıda hökumətin xarici borcları qaytarmağa vəsait tapmaması problemi var. Əslində proqnozlar ondan ibarət idi ki, 2013-cü ildən başlayaraq Azərbaycanda xarici borc problemi daha da dərinləşəcək. Amma neftin qiymətinin gözlənilmədən aşağı düşməsi, ”qara qızıl"ın dünya bazar qiymətinin yüksək olmayacağı ilə bağlı proqnozlar problemi 5 il əvvələ çəkib".
V.Bayramov deyir ki, hökumətin xarici borclanma ilə bağlı gətirdiyi arqumentlərin qısa zamanda doğru olmadığı aşkara çıxdı: “Hökumət iri həcmdə borclanmaya gedərkən arqument kimi dolların dəyərdən düşdüyünü gətirirdi. Deyirdilər ki, gələcəkdə qaytarılmalı olan vəsait alıcılıq qabiliyyətini itirmiş dollarla qaytarılacaq. Lakin proseslər bu arqumentlərlə razılaşmağın mümkün olmadığını göstərir. Çünki ən böyük problem odur ki, hakimiyyətin aldığı kreditlər güzəştli kreditlər deyil. Kommersiya şərtləri ilə alınmış kreditlərdir”.
“Azərbaycan dövlət olaraq beynəlxalq maliyyə qurumlarından güzəştli kredit almaq hüququna malik deyil”- deyən iqtisadçı onu da vurğulayır ki, güzəştsiz kreditlərlə borcları şişirtmək həm iqtisadi, həm də sosial problemlər yarada bilər: “Ümumi daxili məhsulda kənd təssərrüfatının payı xarici borcların payından azdır. Praktiki xarici borcların ümumi daxili məhsulda payı kənd təsərrüfatından 1 faiz çoxdur. Bu onu göstərir ki, əslində biz neftsiz ümumi daxili məhsula baxdıqda xarici borclar kifayət qədər ciddi rəqəmdən xəbər verir”.
Onun sözlərinə görə, ümumi daxili məhsulun 63 faizə qədərinin neft sektorunun payına düşdüyünü və dövlət büdcəsi gəlirlərinin 70 faizinin neft sektorunun hesabına formalaşdığını nəzərə aldıqda 3 milyard dollara çatan xarici borcların məbləğinin heç də kiçik olmadığı görünür: “İndiyə qədər hökumət alınan kreditləri ölkəyə daxil olan neft pulları ilə müqayisə edirdi. Amma neft pulları getdikcə azalır. Birləşmiş Ştatlar üçün neftin qiymətinin yüksək olması qəbuledilən deyil. Eyni zamanda ABŞ-da keçirilən prezident seçkilərində Demokratlar Partiyasının namizədinin qalib gəlməsi neftin gələcək qiymətinin yüksək olmayacağı ilə bağlı fikirləri daha da qətiləşdirir. Belə olan halda hökumət qeyri-neft sektorunun və ya vətəndaşların büdcəyə ödədikləri vergilər hesabına xarici borcları qaytarmağa məcburdur”.
İqtisadçı bildirir ki, 2010-cu ildən başlayaraq xarici borcların ödənilməsinə dövlət büdcəsindən daha ciddi məbləğlərin ayrılması nəzərdə tutulur: “Lakin xarici borcların qaytarılmasına yönələn vəsaitlər 2009-2010-cu illərdə dövlət büdcəsi üçün ciddi problem yarada bilər. Bu da son nəticədə büdcədən sosial layihələrə ayrılmalı olan vəsaitlərin effekti olmayan xarici borcların qaytarılmasına istiqamətləndirilməsinə gətirib çıxaracaq”.

No comments:
Post a Comment