Saturday, October 25, 2008

"Qlobal Bohran Azerbaycana Niye Tesir Gosterecek" - Ramil Rahiboglu, Meqsed Bloqu

http://www.meqsed.azeriblog.com/2008/10/26/qlobal-bohran-azerbaycana-niye-tesir-gosterecek

Neft pulları xaricdə saxlanılır, banklar borc içindədir, qara qızıl isə  ucuzlaşmaqda davam eddir

Əksər iqtisadçı ekspertlər beynəlxalq maliyyə böhranın Azərbaycana maksimum təsir edəcəyi qənaətindədirlər. Səbəb kimi bir fakta diqqə yetirilir:  Azərbaycanın dünyada qazancı iki faktora bağlıdır: neft və maliyyə bazarı. Maliyyə bazarında böhran yaşanırsa, neftin qiyməti ucuzlaşır. O zaman Azərbaycan böhrandan necə kənarda qala bilər? 
Beynəlxalq maliyyə böhranı Azərbaycana təsir etməsəydi, özəl banklar istehlak və adi kreditləri dayandırmazdı. Bu fikri millət vəkili Nazim Məmmədov səsləndirib. O bildirib ki, kreditlərin dayandırılmasına səbəb qlobal maliyyə böhranıdır.
«day.az» saytına müsahibəsində millət vəkili qeyd edib ki, Azərbaycanın bank sistemindək problemlər qlobal maliyyə böhranı və Gürcüstanda baş verən proseslərin regiondakı situasiyanı dəyişməsi səbəbindən olub. «Digər səbəb isə bank sektorunun beynəlxalq maliyyə qurumlarına olan borucunun 2 milyard dollara çatmasıdır. Hökumət üzvlərinin hər şeyi təkzib etdikləri bir məqamda Milli Bankın uçot dərəcəsinin 15%-dən 12%-ə endirməsi müsbət haldır». Bununla belə, o, bu rəqəmin 7-yə endirilməsinin tərəfdarı kimi çıxış edir. N.Məmmədov hakimiyyətin neftdən gələn gəlirləri ABŞ-da və ya Avropada saxlaması doğru hesab etmir. Əksinə, bu pullar ölkəyə gətirilməli və ehtiyacı olan, batmaq təhlükəsi ilə üzləşən banklara maliyyə yardımı edilməlidir.


No comments: