Sunday, January 25, 2009

"Emanetleriniz sigortalanib mi?" - Fariz Huseynov, Sozun Duzu

http://www.sozunduzu.com/?p=1307

Əmanətlərin Sığortalanması haqqında Qanuna görə 2010-cu ilə qədər hər hansı bankın iflası zamanı əmanətlərə faizlə birlikdə 6 min manat, 2010-dan etibarən isə 8 min manat həcmində kompensasiya ödəniləcək. Biznes.qaynar.info-dan tanıdığınız Ramil Rahiboğlu ilə söhbətim zamanı öyrəndim ki, əmanətlərin sığortalanması üçün tək onların məbləği deyil, faizi də nəzərə alınır. Belə ki, eyni qanunun 2.1.2.6-cı maddəsinə əsasən cəlb edildiyi günə Azərbaycan Respublikası Milli Bankının (MB) uçot dərəcəsinin 1,8 mislindən yuxarı illik faiz dərəcəsi ilə qəbul edilmiş əmanətlər qorunan əmanət sayılmır (ADİF əməkdaşına bu məlumatı dəqiqləşdirdiyi üçün təşəkkür edirəm). Deməli, hazırda bir şəxs öz pulunu banka 15%-dən yuxarı faizlə qoyarsa və bank iflas edərsə onun vəsaiti kompensasiya edilməyəcək. Amma xatırladaq ki, uçot faizi dəyişənə qədər qoyulan əmanətlər əvvəlki uçot faizinə nəzərən sığortalanır.

MB-in uçot dərəcəsi son altı ayda bir neçə dəfə dəyişmişdir. Aşağıdakı cədvəldə gördüyünüz kimi 2008-ci ilin Oktyabr ayından (15%) sonra maliyyə böhranının təsirini azaltmaq üçün uçot faizi dərəcəsi Dekabrın 1-nə qədər demək olar ki, iki dəfə (8%) azaldılmışdır. Uçot dərəcəsinin azaldılmasının real iqtisadiyyatda təsiri hiss edilməsə də, bu banklara maliyyə problemlərini həll etmək üçün MB-dan daha aşağı faizlə kredit əldə etmə imkanı yaratdı. BVF-un ölkəmizə gələn missiyası uçot faizinin sürətlə azaldılmasının doğru olmadığını qeyd etmiş və bunun onsuz da yüksək olan inflyasiyanın daha da artıracağını qeyd etmişdir. Digər tərəfdən baxsaq, MB banklara istədiyi faizdən borc verə bilər. Məsələn, Unibanka 7%-lik kredit verilərkən uçot faizi 10% idi. Uçot dərəcəsinin əhəmiyyətinin müzakirəsi ayrı bir yazının mövzusudur. Ancaq xatırladaq ki, uçot dərəcəsi hər dəyişəndən sonra əhali öz əmanətlərinin sığortalanıb sığortalanmadığına baxmalıdır......


Ardi saytda...

No comments: