Dünyada baş verən maliyyə böhranı bank sistemində tətbiq olunan kredit kartlarının verilməsi, o cümlədən, kartda olan vəsaitlərin istifadəsilə bağlı da kifayət qədər ciddi problemlər yaradıb. Məsələ burasındadır ki, sözügedən problem yalnız ABŞ və inkişaf etmiş Avropa ölkələrində deyil, digər dövlətlərdə də müşahidə olunmaqdadır. Belə ki, hətta Türkiyədə vətəndaşlar kredit kartlarında yaranan iri məbləğdə borca görə intihar etməyə məcbur olub. Nəzərinizə çatdıraq ki, kredit kart sistemi artıq Azərbaycanda da tətbiq olunmağa başlayıb. Hələlik bu proses kütləvi xarakter daşımasa da, əksər kommersiya banklarının kart istifadəçilərində buna rast gəlmək mümkündür.
Məsələylə bağlı iqtisadçı-ekspert Vüqar Bayramov bildirib ki, ümumiyyətlə plastik kart sisteminin tətbiqini təqdirəlayiq hal hesab etmək olar. Onun dediklərinə əsasən, belə olan halda qeyri nəğd ödəniş həm asandır, həm də qeyri-nəğd ödənişləri izləmək mümkündür: "Xüsusən, kredit kart sahibinin vəsaitin xərcləməsini müəyyən etmək üçün bu olduqca əlverişli üsuldur. Bu həm də qeyri nəğd hesablamalar bilavasitə korrupsiyanın da qarşısını alır. Çox təssüflər olsun ki, plastik kartları dövriyyə buraxan kommersiya bankları vətəndaşların məlumatsızlığından istifadə edir. Yəni onlar vətəndaşlara böyük məbləğdə borclar hesablayırlar. Son nəticədə isə bütün bunlar kredit kartlarının istifadəsinin faydalılığına çox ciddi təsir göstərir. Kredit kartının digər kartlardan əsas fərqi istifadəçinin kartda öz pulu olmadığı halda da bankdan borc götürə bilməsinin mümkünlüyüdür. Adətən plastik kart istifadəçiləri yalnız öz qoyduqları vəsaitlər həcmində pul xərcləyə bilir. Kartda pul yoxdusa, vətəndaş həmin kartla alış-veriş həyata keçirə bilməz. Kredit kartlarında isə tamam fərqlidir. Yəni, bank kart sahiblərinə müəyyən miqdarda borc və ya limit xətti açırlar ki, vətəndaş ondan istifadə etsin. Bundan başqa, kredit kartının birinci neqativ tərəfi ondan ibarətdir ki, bank müştəridən yalnız istifadə etdiyi vəsaiti deyil, həmin vəsaitə görə hesablanan kifayət qədər böyük məbləğdə olan faizi də tələb edir".
Ekspertin sözlərinə görə, bir sıra hallarda isə vətəndaş kartdan istifadə edən zaman hansı həcmdə borclandığını bilmir: "Eyni zamanda vətəndaş həm də borclanmaya görə müəyyənləşdirilən faiz dərəcəsindən də xəbərsiz olur. Praktiki olaraq kommersiya bankı kredit kartı vasitəsilə alış-veriş edir. Daha sonra bank xərclənən vəsait üzərinə faiz əlavə etməklə borcun geri ödənilməsini istəyir. Onu da qeyd edək ki, bu gün qonşu Türkiyədə vətəndaşların böyük bir qisminin məhz bu problem səbəbindən kommersiya banklarına borcları yaranıb. Hətta elə vətəndaşlarda var ki, həmin borclarını hələ də qaytara bilmirlər. Türkiyədə banklar qlobal maliyyə böhranı nəticəsində faiz dərəcələrini qaldırdığı üçün müştərilərə xəbərdarlıq etmədən onların hesabına böyük məbləğdə borc hesablayıblar. Bu isə onun nəticəsidir ki, vətəndaşlar kredit kartları alarkən müqaviləni oxumadan imzalayırlar. Azərbaycanda kredit kart sisteminin tətbiqində müşahidə olunan problemlərə gəlincə, vətəndaşın kredit borclanmasına getməsi üçün kifayət qədər reklamlardan istifadə olunur. Elə kommersiya bankları var ki, faizsiz kredit xətlərinin açılmasını reklam edir. Sonradan məlum olur ki, əslində heç bir faizsiz kredit xəttinin açılması baş vermir. Məsələn, kart sahibi noyabr ayında alqı-satqı edir. Dekabrın biri olan kimi onun üçün kifayət qədər yüksək faiz hesablanır. İstifadəçi yalnız bunu dekabrın ortasında ödəniş etməyə gedəndə bilir. Azərbaycan kommersiya bankları da bu gün belə reklamlardan, yəni vətəndaşların kredit kartlarına istifadəyə cəlb edilməsi, bankın kartına sahib olan vətəndaşların kredit xəttindən istifadəyə stimullaşdırılması məqsədilə çox müxtəlif reklamlardan istifadə edirlər. Son nəticədə vətəndaşlar kredit kartına açılan borc xəttindən istifadə etməklə böyük məbləğdə vəsaiti qaytarmağa məcbur olurlar".
V.Bayramovun fikrincə, burada əsas problem ondan ibarətdir ki, banklar vətəndaşların bu sahədə məlumatsız olmasından istifadə edirlər: "Reklamlar vətəndaşların diqqətini cəlb edir, kart alanda onlar guman edirlər ki, əslində borclanaraq faiz ödəmədən limit daxilində vəsaitdən istifadə edə bilərlər. ABŞ və Avropada kredit kart istifadəçiləri gündəlik xərclərini internetdən izləyə bilir. Azərbaycanda isə belə imkan yoxdur. Məsələn, "Bank of Amerika" öz kredit kart istifadəçiləri üçün öz saytında ayrıca səhifə açır. Onlara kod, şifrə verir ki, müştəri istənilən anda sayta daxil olub, kodu və şifrəni yığmaqla gün ərizində son həftə və ondan sonrakı ay nə qədər vəsaiti, nə üçün xərclədiyini görə bilsin. Bizdə isə oktyabrda xərlədiyimiz vəsait haqqında məlumat gələn ay gəlir. Ona görə vətəndaş bilmir ki, əmək haqqını, yoxsa ondan kənar vəsaiti xərcləyib. Bu səbəbdən bütün bu neqativ halları nəzərə alaraq, kart istifadəçilərinin hər hansı bir problemlə üzləşməməsi üçün çox diqqətli olmaları tövsiyə edilir".

No comments:
Post a Comment