“Vəhşi adamın heyvana atdığı ilk daş, əli çatmadığı meyvəni çəkib dərmək üçün əlinə aldığı ilk ağac, onun bir şeyi əldə etmək məqsədilə başqa bir şeyi mənimsədiyini göstərir və beləliklə biz kapitalın başlanğıcını kəşf etmiş oluruq” (Karl Marks, “Kapital” - siyasi iqtisadın tənqidi, I cild, Dəyərin artması prosesi və ya izafi dəyər istehsalı, səh 135).
Bir ölkədə demokratiyanın qələbəsi, oradakı sosial təbəqələrin, xüsusilə də orta təbəqə və kapitalist sinfinin inkişafından asılıdır. Necə ki, Qərbdə çağdaş demokratiya sənayeləşmənin və bunun gətirdiyi iqtisadi inkişafın nəticəsi kimi ortaya çıxmışdır. Ziddiyətləri dərinləşən, təlabatı fərqliləşən cəmiyətlərdə demokratiya bir ehtiyac olaraq meydana çıxmışdır. Bundan başqa, istehsal münasibətlərinin inkişafı bunu tənzimləyəcək əxlaq və hüquq sistemini də formalaşdırmışdır.
Bu gün iqtisadi cəhətdən inkişaf etməmiş və Qərb demokratiyasını mənimsəmiş bir ölkəyə rast gələ bilmərik. Bir ölkədə demokratiya olmadan da iqtisadi artım gerçəkləşə bilər (Cənubi Koreya, SSRİ, Çin, bugünkü Rusiya və s.). Amma möhkəm demokratiya güclü iqtisadi infrasturuktur ilə mövcud ola bilər.
Bu gün ölkədə iqtidarlı-müxalifətli sözdə hər kəs Qərb demokratiyasında maraqlıdır. Amma Qərb demokratiyasını ortaya çıxaran amillərin istehsal münasibətlərindəki irəliləyiş, elm və texnologiyadakı inkişaf olduğu nəzərdən qaçırılır. Halbuki, demokratiya elmi nailiyyətləri iqtisadiyyata tətbiq edən xalqlara rifah bəxş etmişdir.
Azərbaycanı demokratik Qərb ölkələrindən fərqləndirən əsas cəhət, Qərbdə burjuaziyanın, bizdə isə bürokratiyanın hegemon olmasıdır. Sovet rejimi bürokratik sosializm idi, indiki müstəqil dövlətimiz isə bürokratik kapitalizmdir. Bu da xalqın iradəsini deyil, bürokratların mənafeyini ifadə edən idarəetmə anlayışını zəruri edir. Elə bu yerdə, Karl Marksın “Kapital”ından digər bir sitat gətirməyim lap yerinə düşər: “Kapitalist hay-küydən və döyüşdən uzaq qaçır, o öz təbiəti etibarilə qorxaqdır. Bu bir həqiqətdir, lakin bütün həqiqət təkcə bundan ibarət deyildir. Təbiət boşluqdan qorxduğu kimi, kapitalist də mənfəətin olmamasından və ya çox az olmasından qorxur. Kifayət qədər mənfəət olduqda isə kapitalist cəsarətlənir. 10 faiz mənfəət olsa, kapitalist hər şəkildə işlədilməsinə razı olur; mənfəət 20 faiz olsa, kapitalist daha da guşa gəlir, 50 faiz olduqda isə hətta başını da verməyə hazır olur; mənfəət 100 faiz olduqda kapitalist bütün bəşər qanunlarını ayaqları altına salıb tapdalayır, mənfəət 300 faiz olduqda kapitalist, hətta asılacağını göz önündə tutmalı olsa da, heç bir cinayətdən geri durmaz. Əgər hay-küy və döyüş mənfəət versə, kapitalist bunların da artmasına çalışar. Qaçaqmal və qul alveri buna sübutdur” (Karl Marks, “Kapital” - siyasi iqtisadın tənqidi, I cild, Kapistalist yığımının tarixi meyli, səh 668). Şəxsən mən bu sitatı oxuyan kimi, ağlıma ancaq Azərbaycan gəlir. Çünki, burada zənginlik iqtisadi bacarıq və təşəbbüskarlıq ruhundan daha çox siyasi iqtidara yaxınlıq dərəcəsi ilə müəyyənləşir. Buna görə də elə etmək lazımdır ki, hədəf zənginliyin siyasətdən deyil, iqtisadiyyatdan qazanıldığı bir Azərbaycan olsun. Yəni, ölkədə zənginlik haqsız qazanılmış sərvət ilə eyni məna ifadə etməməlidir.
Demokratiyanın iqtisadi inkişafdan, yoxsa iqtisadi inkişafın demokratiyadan asılı olduğu bu gün siyasət elminin də ən çox müzakirə etdiyi mövzulardandır. Hayekə görə “iqtisadi azadlığın olmadığı bir cəmiyyətdə siyasi azadlıqların axtarılması absurddur”. Əslində, iqtisadi cəhətdən inkişaf etməyən ölkələrin təcrübəsi də bu tezisi doğruldur.

No comments:
Post a Comment