Sunday, January 4, 2009

"Alternativ Optimizmi" - Fariz Huseynov, Sozun Duzu

http://www.sozunduzu.com/?p=1030

12 günlük Vətən səfərindən sonra optimist təəssüf hissi ilə Vətəndə gördüklərimi xatırlayıram. Optimizmim görüşlərimdən, təəssüf hissi isə cəmiyyətdəki bəzi proseslərdən yarandı. Bu dəfəki səfərim ən qısa müddətli olsa da çox adamla görüşdüm. Ailəmlə görüşməyin dadını təsvir etməyə ehtiyac yoxdur, ancaq uzun müddət netdən tanıdığım dostları canlı görməyim məni sevindirdi.

Səfərim Azərbaycan Diplomatik Akademiyasındakı PhD Workshopdan aldığım çox müsbət fikirlərlə başladı. Fərdi olaraq çox uğurlar qazandığımıza bir daha inandım. İndi əsas vəzifəmiz fərdi uğurlardan cəmiyyətin uğurunu yaratmaqdır. Amma bunun üçün bizə xas olan çox xüsusiyyətimizdən vaz keçək. Ən əsası da xırda fərqlərimizi gözardı edib ümumi məqsəd üçün çalışmaq xasiyyətini qazanmalıyıq. Bu səfərim məni əmin etdi ki, cəmiyyətimizdə ağıllı, savadlı insanlar olsa da idarə etmədə onlara böyük ehtiyac var. Təəssüf etdim ki, biz belə insanlardan kifayət qədər istifadə etmirik, onları aktiv vəzifələrdən uzaqlaşdırırıq.

Daha sonra müxtəlif sahələrdə öz işi ilə cəmiyyətə nəsə verməyə çalışan həm gənc, həm qoca nəslin nümayəndələri ilə tanış oldum. Hərşeyin hələ də itmədiyini, bu cəmiyyət üçün çalışanların olduğunu gördüm. Onlar da dəyişiklik, inkişaf istəyirlər və bunun üçün çalışırlar. Məndə əvvəllər ümidsizlik var idisə bu səfərim gələcəyə ümidlə baxmağıma səbəb oldu. Sadəcə olaraq biz ayrı-ayrı hərə öz sahəsində cəmiyyətə xeyir vermə mərhələsindən bu gücləri birləşdirmə və daha koordinasiyalı şəkildə etmə mərhələsinə qədəm qoyuruq.

Cəmiyyət olaraq, artıq, həm siyasi-ictimai, həm də iqtisadi olaraq yeni eranın eşiyindəyik. Siyasi olaraq getdikcə daralan azadlıqlar çərçivəsinə məhkum olunmuş ölkəyə çevrilirik. Rejimin içindəki bir qrupun saray çəkişmələrindən özünü sığortalamaq üçün Konstitusiya kimi bir məfhumu belə asanlıqla dəyişdirməsi istər-istəməz monarxiyaya doğru bir addım oldu. İndiyə qədər demokratik görünən rejim artıq özünün mütləq monarxiya kimliyini ifşa etdi. Monarxiyaların sonu sosial partlayışa və azadlıq buxovlarının qırılmasına gətirib çıxardır. Gec və ya tez bu baş verəcək. Bunun üçün Sovet hakimiyyətinə qarşı mübarizədə olduğu kimi cəmiyyətin müxtəlif təbəqəsini təmsil edən insanların birləşdiyi bir cəbhə yaranacaq. Avtoritar rejimə qarşı mübarizədə ikinci dalğa yaranacaq. Artıq geriyə yolu olmayan və getdikcə daralan tunele daxil olmuşuq. Tunelin sonu nə qədər daralsa ondan çıxış bir o qədər yaxınlaşacaq.

Bu çıxışı asanlaşdıran iqtisadi sistem olacaq. ........... 

Ardini linkde oxuya bilersiz. 

No comments: