Monday, December 8, 2008

"Seffafliq, Guven ve Bank Sektoru" - Fariz Huseynov, Sozun Duzu

http://www.sozunduzu.com/?p=731

Əslində kapitalist sistemini canlı saxlayan da, batıran da güvən hissidir. Bu sistemdə uğurlu olmaq üçün şəffaf və güvənli şərait yaratmaq lazımdır. Alan və satan iki tərəf arasında inam olmasa bazar yaranmaz. Borç alıb verən arasında güvən nə qədər az olarsa kredit bazarı bir o qədər zəif olar. Bu halların kökündə duran assimetrik informasiyadan tutmuş, gələcəklə bağlı gözləntilərin zəif olmasına qədər müxtəlif faktorlar sistemi böhrana apara bilər. Bu böhranın nələrə qadir olduğunu ABŞ-da görürük. Sərmayəyə dayanan kapitalist sistemdə fond bazarları əsas rolu oynayır. Ölkəmizdə böhranın əsas hiss edildiyi sektor bank sektorudur. Bank sektoruna güvənin itməsi böyük probləmlərə səbəb ola bilər. Fond bazarı olsa idi, böhranın ölkəmizə tam təsirini ölçə bilərdik amma, təəssüf ki, belə deyil. Ona görə də, əhali arasında böhranla bağlı şaiyə yaymaq asan olur. Çünki heç kim bilmədiyi bir şeyə güvənməz.

Ölkəmizdə fond bazarı işlək olmadığına görə fiziki və hüquqi şəxslər fond ehtiyacını kredit verən qurumlar, əsasən banklar vasitəsilə ödəyir. Banklar vəsaitlərini ya depozit toplayaraq, ya da kredit alaraq təmin edirlər. Azərbaycanda son illərdə depozitlərin artmasına baxmayaraq, borclanma yolu ilə sürətli inkişaf etmə strategiyasını seçən banklar var. Yenə də daxildəki banklararası fond bazarının zəif inkişaf etdiyinə görə ən uyğun variant olaraq xaricdən borclanma istifadə edilmişdir. Artıq bir neçə bank bu strategiya nəticəsində problemlərlə üzləşmişdir. Ancaq bu banklara ən böyük ziyan vuran onlar haqda şəffaf məlumatların verilməməsi, onların vəziyyətlərinin yaxşılaşdırılması üçün atılacaq addımların cəmiyyətlə müzakirə edilməməsidir. Mətbuatda çıxan panika xarakterli yazılar da öz “yardımını” əsirgəmir. “Bank sektoru batır” deməklə bankların vəziyyəti daha da çətinləşir. Çünki bunu eşidən şəxslər depozitlərini banklardan götürməyə tələsirlər. Həmin bankın eyni anda külli miqdarda depozitləri qaytarması çətindir, onları böhrana apara bilər. Hətta ABŞ-da ən böyük banklardan olan Washington Mutual belə 2 həftə ərzində çəkilən depozitlərə dözə bilmədi.


Ardini linkden oxuya bilersiz....

No comments: